Ötən ilin son ayında paytaxtın kirayə mənzil bazarında qiymətlərdə artım baş verib.
Oxu.Az-a bunu açıqlamasında “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
O qeyd edib ki, kirayə mənzil bazarında qiymətlərdə ay ərzində 0.84 faiz artım olub, il ərzində isə 13.85 faiz artım qeydə alınıb. Ümumi daşınmaz əmlak bazarında isə qiymətlərdə 0.77 faiz artım, il ərzində isə 3.46 faiz azalma müşahidə edilib.
Nəzərə çatdıraq ki, kirayə mənzil bazarında qiymət artımına səbəb rayon icra hakimiyyətlərinin sifarişi ilə pilot layihələrin həyata keçirilməsi səbəb olub. Hazırda Nərimanov, Nəsimi və Yasamal rayonlarda bu tip layihələr icra edilir.
L.Ə.
www.oxu.az