Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

KOBİA Şabranda sahibkarlarla görüşüb
Regionlarda fəaliyyət göstərən sahibkarların bölgənin biznes potensialı və dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə görüşlər davam etdirilir. Növbəti belə görüş Şabran rayonunda keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Şabran Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş tədbirdə kənd təsərrüfatı, bağçılıq, arıçılıq, heyvandarlıq, tikinti, ekoturizm, qida və s. sahələrdə fəaliyyət göstərən 60-a yaxın sahibkar iştirak edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov sahibkarları biznes fəaliyyəti üçün dövlət dəstəyi mexanizmləri, güzəştlər, sahibkarlığın maliyyələşdirilməsi, satış, eləcə də rayonun biznes imkanları və dövlətin dəstəyi ilə bu potensialın reallaşdırılması barədə məlumatlandırıblar. Qeyd olunub ki, Şabranda biznes qurmaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən, investisiya qoyuluşu üçün uyğun sektor axtarışında olan sahibkarlar KOBİA-nın KOB dostu ofisinə müraciət edə bilərlər. Ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları sahibkarların yerlərdəki biznes bələdçisi funksiyasını yerinə yetirməklə, onlara ehtiyacı olan dəstəyi göstərir və əlaqələndirir.
Görüş çərçivəsində sahibkarlarla biznesin maliyyələşdirilməsi, fəaliyyətin genişləndirilməsi üçün peşəkar məsləhət xidməti, turizm fəaliyyəti üzrə kiçik hotellərin tikintisi, satış kanalları kimi mövzularda müzakirələr aparılıb, fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb.
KOBİA-nın təşkilatçılığı ilə belə görüşlər ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Qobustan rayonunda sahibkarlarla görüş keçirilib
- Bakıda İnsan İnkişafı Forumu keçirilib
- Qiymətli kağızlar bazarının inkişafı və KOB-lar üçün imkanlara dair ictimai müzakirə
- KOBİA-ya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib
- KOB-ların yaşıl keçidi ilə bağlı bəyannaməni dəstəkləyən təşkilatların sayı artmaqdadır