Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “Tuna” şirkətinə bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyət ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıq (lisenziya) verib.
Bu barədə Oxu.Az-a Komitədən bildirilib.
Qeyd edək ki, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 2 depozitar, 3 bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı, 1 fond birjası, 1 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.
Ülviyyə R. Əli
www.oxu.az