Cari ilin yanvar-avqust aylarında iqtisadiyyatın real sektora kredit qoyuluşlarının həcmi 17 308,9 mln. manat təşkil edib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, vaxtı keçmiş kreditlərin həcmi 938,8 mln. manat və ya 5,4% təşkil edib.
Kreditləşmənin ən böyük payı ticarət və xidmət sektoruna düşür. Belə ki, bu sahə üzrə kredit qoyuluşların həcmi 2 488,9 mln. manat və ya 14,4% təşkil edib.
“Energetika, kimya və təbii ehtiyatlar sektorunda kredit qoyuluşları 225,1 mln. manat (1,3%), kənd təsərrüfatı və emal sekrotu üzrə - 786,4 mln. manat (4,5%), inşaat və əmlak - 2 364,4 mln. manat (13,7%), sənaye və istehsal - 2 008,5 mln. manat (11,6%), nəqliyyat və rabitə - 586,5 mln. manat (3,4%) təşkil edib”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az