Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Manatın dövretmə sürəti son doqquz ilin ən aşağı həddinə düşüb
Cari il fevral ayının 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,20 bənd təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bu göstərici 2024-cü ilin yanvar ayının 1-i ilə müqayisədə 0,28 bənd, 2023-ci ilin fevral ayının 1-nə nisbətən isə 0,82 bənd azalma deməkdir.
Qeyd edək ki, cari ilin yanvar ayında manatın dövretmə sürəti 2015-ci ilin fevral ayından etibarən ən aşağı həddə düşüb. Belə ki, 2015-ci ilin fevral ayında manatın dövretmə sürəti 3,14 bənd təşkil edib.
Ən çox oxunanlar