2015-ci il fevralın 1-nə olan məlumata görə, banklarda manatla olan depozitlərin həcmi 5,4% və ya 397,2 milyon manat azalaraq, 6 milyard 878,6 milyon manat olub.
Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan məlumat verilib.
Qeyd edək ki, xarici valyutada olan depozitlərin həcmi isə 201,2 milyon və ya 0,5% artaraq, 4 milyard 331,5 milyon olub.
Xatırladaq ki, ekspertlər isə yaranmış mövcud vəziyyəti manatın devalvasiyası ilə əlaqələndirirlər.
www.oxu.az