Nazirliyin nəzdində yaradılan müvafiq işçi qrupları maşınqayırma və metallurgiya sənayesinin inkişafına dair təkliflər hazırlayacaqlar.
Bu barədə Oxu.Az-a İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, iclas zamanı maşın və avadanlıq istehsalı sənayesi və metallurgiya sənayesi üzrə işçi qrupların növbəti iclasına qədər müəssisələr tərəfindən təkliflərin təqdim olunması, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən isə bu təkliflərin təhlil edilərək müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib.
İclasda həmçinin "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində verilən tapşırıqların icrası, eləcə də neft maşınqayırması ilə bağlı təkliflərin hazırlanması məsələləri müzakirə edilib.
Məlumat üçün bldirək ki, nazirlik tərəfindən bu addımlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq həyata keçirilir.
Ülviyyə R.Əli
www.oxu.az