Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Məcnun Məmmədov: "Kənd təsərrüfatı sağlamlığın əsas nöqtəsidir"
"Kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin təməli deyil. Bu sahə iqlim adaptasiyası üçün ciddi rol oynayır"
Oxu.Az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində keçirilən "Vahid Sağlamlıq Yanaşması: İnsan İnkişafı üçün Sektorlararası Əməkdaşlığın Maksimallaşdırılması" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatında ziyanlı vasitələri azaltmaq zəruridir:
"Vahid sağlamlıq və vəhdət dayanıqlı gələcəyə aparacaq mühüm amildir. Biz xəstəliklərin azalmasına, biomüxtəlifliyin və sağlam gələcəyin qorunmasına çalışırıq. Kənd təsərrüfatı sağlamlığın əsas nöqtəsidir. Bu baxımdan, vahid sağlamlıq və dayanıqlı inkişaf istiqamətində addımlara çağırış edirəm".
Mərahim Nəsib
"Məcnun Məmmədov" teqi üzrə xəbərlər
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Nazirlərlə görüşmək istəyən vətəndaşların NƏZƏRİNƏ: Qəbul günləri AÇIQLANDI
- Azərbaycan Sahibkarlar Konfederasiyası COP29-da bir sıra görüşlər keçirib
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Məcnun Məmmədov: "Kənd təsərrüfatına maliyyə ayrılması ilə bağlı danışıqlar aparırıq"