Ötən il Azərbaycana birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 5.7 mlrd. dollar olub.
Oxu.Az Mərkəzi Bankın 2017-ci ilin yanvar-dekabr ayları üzrə Tədiyyə Balansı hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə ötən il Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 22% azalıb.
Belə ki, 2016-cı ildə birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 7.3 mlrd. dollar olub.
L.Ə.
www.oxu.az