Depozit və əmanətlər üzrə orta faiz dərəcəsi artıb.
Belə ki, 2015-ci ilin yanvarın 1-nə olan məlumata görə, bankların cəlb etdikləri depozit və əmanətlər üzrə orta faiz dərəcəsi milli valyuta, yəni manatla 8,86, xarici valyuta ilə isə 9,24% təşkil edib.
Bu barədə Oxu.Az-a Mərkəzi Bankdan məlumat verilib.
Qeyd edək ki, artıq verilmiş kreditlər üzrə bu göstərici milli valyuta ilə 13,31, xarici valyuta ilə isə 14,95% təşkil edib. Banklararası kreditlər üzrə orta faiz dərəcəsi isə milli valyuta ilə 7,94, xarici valyuta ilə 4,40%-dir.