Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 0,25 faiz aşağı salıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bəyan edib.
Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 11,75, aşağı həddi isə 7,75 faiz müəyyən edilib.
Eyni zamanda ötən 9 ayda orta illik inflyasiya 2,6 faiz təşkil edib.
Bu isə Azərbaycan Mərkəzi Bankının qiymət artımı üzrə hədəfindən 6-8 faiz aşağıdır.
Bu səbəbdən uçot dərəcəsinin salınmasına qərar verilib.