Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra da uçot dərəcəsini makroiqtisadi göstəricilərin dinamikası, o cümlədən inflyasiya üzrə meyilləri, habelə maliyyə bazarlarında gedən prosesləri nəzərə alınmaqla müəyyənləşdirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AMB-dən bildiriblər.
“İnflyasiyanın azalması və onun yenidən yüksəlməsi riskləri səngidiyi halda, uçot dərəcəsinin azaldılması məsələsinə baxıla bilər”, - deyə cavabda vurğulanır.
Qeyd edək ki, hazırda AMB-nin uçot dərəcəsi 15% səviyyəsindədir.
U.A.
www.oxu.az