Azərbaycanın Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları iyul ayı ərzində də artmağa davam edib.
Oxu.Az xəbər verir ki, AMB-nin avqust ayının 1-nə olan məlumatına görə, valyuta ehtiyatlarının həcmi 15,193 milyard ABŞ dolları olub, bu isə 2014-cü ilin sonuna planlaşdırılmış məbləğin 94,96%-ni təşkil edib.
İyul ayı ərzində valyuta ehtiyatlarının artımı 0,2% (30,2 mln. ABŞ dollar), 2014-cü ilin başlanğıcından yeddi ay ərzində isə ehtiyatların artımı 7,36% (1 041,4 mln. ABŞ dollar) olub.
Qeyd edək ki, 2014-cü ilin nəticələrinə görə, valyuta ehtiyatlarını 16 milyard dollara çatdırmaq planlaşdırılıb.
Gülnarə Zeynalova
www.oxu.az