Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Oxu.Az-a məlumat verilib.
Bildirilib ki, Palata tərəfindən AMB-nin hər birinin nominal dəyəri 100 manat olan 500000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100753S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
“Sözügedən notların tədavül müddəti 28 gündür”, - deyə MBNP-dan qeyd olunub.
U.A.
www.oxu.az