Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Mikayıl Cabbarov: "2011-2023-cü illərdə orta illik iqtisadi artım 1,5 faiz olub"
"2011-2023-cü illərdə Azərbaycanda orta illik iqtisadi artım tempi 1.5%, o cümlədən qeyri-neft-qaz sektorunda 4.4% olub".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.
"Cari ilin ötən 8 ayında isə qeyri-neft-qaz sektorunda 7% iqtisadi artım müşahidə edilib", - deyə o qeyd edib.
"Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar nəticəsində ölkənin sosial-iqtisadi mənzərəsində böyük müsbət dəyişikliklər baş verib, əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Neft-qaz sektorunda hasilatın azalması şəraitində iqtisadi artımın, o cümlədən qeyri-neft-qaz sektorunda iqtisadi artımın müsbət dinamikası qorunub, pandemiyadan sonrakı illərdə də iqtisadi artım davam edib. Bu prosesdə büdcə xərclərinin genişlənməsi, sahibkarlığa dəstək, investisiyaların və ixracın təşviqi, sənayenin inkişafı və s. istiqamətlərdə aparılan struktur islahatlar mühüm rol oynayıb", - deyə nazir vurğulayıb.
"Bakı İqlim Fəaliyyəti Həftəsi" teqi üzrə xəbərlər
- Nazir müavini: "Azərbaycanda təhsil proqramlarında iqlim dəyişiklikləri mövzuları əksini tapacaq"
- Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb
- SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır
- 160-a yaxın elektriklə çalışan avtobus alınıb - Yaxın günlərdə ölkəyə gətiriləcək
- Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk günü başa çatıb