Azərbaycanda elektrik avtobuslarının yığılması üzrə layihəyə start verilir.
Oxu.Az xəbər verir ki, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Improtex Group" və "MAN Truck & Bus" şirkəti rəhbərliyi ilə elektrik avtobuslarının yığılması üzrə sazişi imzalayıb.
Layihə ölkədə ekoloji nəqliyyatın inkişafını dəstəkləməyi və elektrik avtobusu parkının genişləndirilməsini hədəfləyir.
Məhərrəm Əliyev