“İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu boya istehsalının genişləndirilməsi üçün 850 min manat məbləğində güzəştli kredit ayırıb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, bu kredit Nobel Boya və Kimya MMC-yə verilib.
Sahibkarlığın İnkişafı Fondu (@sahibkarliq) tərəfindən Nobel Boya və Kimya MMC-yə boya istehsalının genişləndirilməsi layihəsi üçün 850 min ₼ #güzəştlikredit ayrılıb.#EconomyAz pic.twitter.com/BMro4nZ26o
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 12, 2023