İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmaysterlə görüşüb.
Bununla bağlı İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster ilə görüşündə yeni Tərəfdaşlıq Çərçivəsi sənədi üzrə təqdimat olub, Azərbaycanın inkişaf prioritetləri, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.
Dünya Bankı ilə çoxistiqamətli əlaqələrin və səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayan iqtisadiyyat naziri investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə uğurlu tərəfdaşlığı qeyd edib.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster təmsil etdiyi beynəlxalq qurumun Azərbaycanla əməkdaşlığa önəm verdiyini, ölkəmizin inkişaf prioritetlərinə nail olunmasında Dünya Bankının dəstəyini davam etdirəcəyini vurğulayıb.
Görüşdə Dünya Bankı Qrupu tərəfindən hazırlanacaq qısa və uzunmüddətli perspektivdə Azərbaycanın inkişaf prioritetləri və planlarını əks etdirən yeni Tərəfdaşlıq Çərçivəsi sənədində əks olunacaq əsas strateji istiqamətlər təqdim edilib. Sənəd Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış yol xəritəsi ilə uyğunlaşdırılmaqla regional və qlobal çağırışlara töhfə verəcək, eləcə də özəl sektorun inkişafını gücləndirmək və özəl kapitalı səfərbər etmək imkanlarını müəyyən edəcək.
Görüşdə Azərbaycanın inkişaf prioritetləri, Tərəfdaşlıq Çərçivəsi sənədində əks olunacaq məsələlər və COP29-un ölkəmizdə təşkili barədə müzakirələr aparılıb.
14:15
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeysterlə görüşüb.
O, bu barədə öz “X” hesabında paylaşım edib.
Bildirilib ki, görüşdə Azərbaycan üzrə hazırlanan Tərəfdaşlıq Çərçivə Sənədində nəzərdə tutulmuş məsələlər, ölkəmizin iqtisadi inkişaf prioritetləri istiqamətində həyata keçirilən tədbirlər və ikitərəfli əməkdaşlığın potensial istiqamətləri nəzərdən keçirilib.
Dünya Bankının (@WorldBank) Azərbaycan üzrə ölkə meneceri xanım Ştefani Ştalmeysterlə #Azərbaycan üzrə hazırlanan Ölkə Tərəfdaşlıq Çərçivə Sənədində nəzərdə tutulmuş məsələləri, ölkəmizin #iqtisadi inkişaf prioritetləri istiqamətində həyata keçirilən tədbirləri və ikitərəfli… pic.twitter.com/63JlP8pr2r
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 29, 2024