Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Mikayıl Cabbarov Könüllülər günü münasibətilə paylaşım edib - FOTO
“Vahid amal ətrafında birləşərək ictimaiyyətə fayda vermək könüllülük prinsipinin ən yüksək dəyərlərindəndir”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “X” hesabında qeyd edib.
O bildirib ki, bu gün Beynəlxalq Könüllülər Günü bu fəaliyyətin əhəmiyyətini bir daha vurğulamaq üçün fürsətdir.
“Azərbaycanda xeyirxahlıq ənənələrini davam etdirən könüllülük təşəbbüsünün genişlənməsi həm də milli-mənəvi dəyərlərə bağlılığın örnəyidir. Könüllülər İqtisadiyyat Nazirliyində də fəal əməkdaşlığa cəlb ediliblər. Öz əməyini fədakarlıqla paylaşaraq cəmiyyətə töhfə verən bütün könüllülərə təşəkkür edir və işlərində uğurlar diləyirik”.
Vahid amal ətrafında birləşərək ictimaiyyətə fayda vermək könüllülük prinsipinin ən yüksək dəyərlərindəndir. 5 dekabr – #BeynəlxalqKönüllülərGünü bu fəaliyyətin əhəmiyyətini bir daha vurğulamaq üçün fürsətdir. #Azərbaycan-da xeyirxahlıq ənənələrini davam etdirən könüllülük… pic.twitter.com/KIJCuEGjBO
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 5, 2023
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
- Azərbaycanın narşərabla bağlı hazırladığı dövlətlərarası standart MDB-də qəbul edilib
- "Yaşıl artım portalı" karbonsuzlaşma üçün ən uyğun ölkələri müəyyən etməyə yardım olur
- Elnur Əliyev: "Dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və ediləcək"
- Orxan Məmmədov: " KOB-ların yaratdığı əlavə dəyər iki dəfədən çox artıb"