MDM-in hesabatına uyğun olaraq cari ilin yanvar ayı nominal dəyəri 330 475,977 min manat olan, ümumilikdə 454 saziş başlanılıb.
Oxu.Az Milli depozitar mərkəzinin məlumatına istinadən bildirir ki, birjada nominal dəyəri 176 387 257 manat olan, 315 saziş qeydə alınıb.
Birjadan kənar isə nominal dəyəri 144 260 manat olan 19 saziş qeydə alınıb.
Əlavə emissiya üzrə həcmi 153 944 460 manat olan 120 saziş bağlanılıb.
Ötən ilin dekabr ayı ilə müqayisədə, bu ilin yanvar ayında bağlanılan sazişlərin miqdarı 11%, nominal dəyər həcmi isə 7% enib.
Ümumilikdə isə fond bazarının dövriyyəsi ötən illə müqayisədə stabilliyi qoruyub saxlayır.
Gülnarə Zeynalova
www.oxu.az