Azərbaycanın ilk milli telekommunikasiya peyki “Azerspace-1” üzərindən yerli və xarici televiziya və radio kanallarının yayımı genişlənir.
Oxu.Az Rabitə və İnformasiya Texnologiyaları Nazirliyin rəsmi saytlna istinadən xəbər verir ki, son günlərdə Ukraynanın dövlət televiziyası olan “UTR” kanalı və Türkiyənin “VTV Antalya” kanalı “Azerspace-1” peyki üzərindən yayımlanmağa başlayıb.
Hazırda milli peyk vasitəsilə 50-dən artıq kanal yayımlanır və yaxın gələcəkdə yayıma yeni kanalların qoşulması gözlənilir.