Turist mövsümünün başlanması ilə əlaqədar olaraq Monteneqro Azərbaycan turistləri üçün viza rejimini ləğv edib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətində bəyan ediblər ki, viza rejimi cari ilin noyabr ayının 30-na kimi ləğv edilib.
Bu qayda yalnız turistik səfərlər üçün keçərlidir.
Monteneqronun Türkiyədəki səfirliyindən verilən məlumata görə, ölkəyə turist kimi gəlmiş Azərbaycan vətəndaşları bu ölkənin ərazisində 30 gün ərzində qala bilərlər.