Moskva prospekti köməkçi yolda (şəhər istiqaməti, "Alov" zavodunun qarşısı) aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdır. Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Sürücülərə alternativ olaraq Moskva prospekti əsas yoldan (tunel) istifadə etmələri tövsiyə olunur.