Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Muğan Bank”ın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3(103)-54/2023 nömrəli 24 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğan Bank” ASC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilib. Həmçinin, “Əmanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq “Muğan Bank” da sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən olunub.
Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Bildirilib ki, kompensasiyaların ödənilməsi noyabrın 27-dən başlayaraq həyata keçiriləcək. “Əmanətlərin sığoratalanması haqqında” Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcək.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.