2015-ci ilin iki ayı ərzində (yanvar-fevral) Naxçıvan Muxtar Respublikasında 304 milyon 134 min manatlıq məhsul istehsal edilib. Bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə çoxdur. Hər nəfərə düşən ÜDM-nin həcmi isə 691,1 manat və ya 840 dollar təşkil edir.
Bu barədə Oxu.Az-a Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına görə, infrastruktur layihələrinin həyata keçirilməsinə 157 milyon 590 min manat vəsait yönləndirilib. Naxçıvanın informasiya və rabitə xidmətlərinin həcmi isə 8 milyon 378 min manat təşkil edib.
Naxçıvan Muxtar Respublikasının aqrar sektor üzrə statistik rəqəmləri də açıqlanıb:
“2015-ci ilin müvafiq dövründə 12 milyon 681 min manat həcmində kənd təsərrüfatı malları istehsal olunub. Bu dövrdə Muxtar Respublikada 3.2 min ton ət, 4.7 min ton süd istehsal edilib”.
“Əhalinin gəlirləri isə 236 milyon 217 min manat, onun hər bir nəfərə düşən həcmi isə 0.9% artaraq 536,7 manat təşkil edib” - komitənin məlumatında deyilir.