2015-ci ildə sosial-iqtisadi inkişafı xarakterizə edən ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 1,7% artaraq 2 milyard 467 milyon 422 min 400 manat təşkil edib.
Oxu.Az bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
“Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi 2,1% artaraq 5581,1 manat olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 28,7%-lik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 61,8% təşkil edib.
2014-cü ilə nisbətən 2015-ci ildə sənaye məhsulunun həcmi 2%, əsas kapitala yönəldilən investisiyalar 2,9%, kənd təsərrüfatının ümumi məhsulu 12,2%, nəqliyyat sektorunda yük daşınması 2,1%, informasiya və rabitə xidmətlərinin həcmi 1,8%, pərakəndə əmtəə dövriyyəsi 5,9%, əhaliyə göstərilən pullu xidmətlər 3,4%, ixracın həcmi 1,4%, əhalinin gəlirləri 1,6% artıb”, - deyə komitədən qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az