Naxçıvan Muxtar Respublikasında (MR) əhali gəlirlərinin artımı davam edir.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Statistika Komitəsinin 2015-ci ilin yanvar-oktyabr ayları üzrə açıqladığı hesabatda deyilib.
“Cari ilin 10 ayında muxtar respublikada əhalinin gəlirləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artaraq 1 milyard 411 milyon 407 min manat, onun hər bir nəfərə düşən həcmi isə 2,5% yüksələrək 3195,4 manat təşkil edib.
2015-ci ilin yanvar-oktyabr aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqının məbləği 394 manat təşkil etmiş və bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,5% artıb”, - deyə komitədən bildirilib.
Ülviyyə R. Əli
www.oxu.az