“Naxçıvan Sığorta” ASC ləğv olunub.
“Qafqazinfo” xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini şirkətin ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Naxçıvan Sığorta” 2014-cü ildən fəaliyyət göstərirdi.
10:12
Azərbaycanın yeganə regional sığorta şirkəti - “Naxçıvan Sığorta” ASC - bazarı tərk etməyə hazırlaşır.
Bu barədə “Report”a şirkətdən bildirilib.
Məlumata görə, “Naxçıvan Sığorta”nın yeganə səhmdarı “Naxçıvan Bank” ASC-nin qərarına uyğun olaraq, şirkətin Direktorlar Şurası lisenziyanın ləğv edilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edib. Bununla bağlı tənzimləyici qurumun qərarı gözlənilir.
Bundan sonra “Naxçıvan Sığorta”nın öhdəliklərini “Atəşgah Sığorta” ASC icra edəcək.