Gələn il Naxçıvan Muxtar Respublikasının (NMR) büdcəsinə dövlət büdcəsindən veriləcək dotasiyanın həcmi məlum olub.
Maliyyə Nazirliyindən verilən xəbərə görə, 2024-cü ildə NMR-in büdcəsinə dövlət büdcəsindən 343 milyon 260 min manat dotasiya veriləcək.
Qeyd edək ki, gələn il NMR-in büdcəsinin gəlirləri və xərcləri müvafiq olaraq 516 milyon 365 min manat proqnozlaşdırılır.