Naxçıvan Muxtar Respublikasında cari ilin altı ayı ərzində əhalinin gəlirləri 755 milyon 16 min manata çatıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin ilk altı ayında Naxçıvan Muxtar Respublikası əhalisinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 755 milyon 16 min manata, onun hər bir nəfərə düşən həcmi isə 1,8 faizlik artımla 1731 manata çatıb. Dövr ərzində orta aylıq əməkhaqqının məbləği 382,5 manat təşkil edib”, - məlumatda deyilir.
Qeyd edilir ki, bu da 2013-cü ilin müvafiq dövründəki göstəricidən 2,1 faiz çoxdur.