Naxçıvanda istehsal ili 1985-ci ilədək olan köhnə yük və minik avtomobillərinin əhalidən məcburi yığılmasına başlanılıb.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, yerli sakinlərin bildirdiklərinə görə, yol polislərinin başlatdığı bu prosesə bir neçə gündür start verilib. Texnikanın sazlıq dərəcəsi nəzərə alınmadan, hər avtomobilə 160 manat təklif olunur.
Əhalidən yığılan avtomobillərin əridilərək yenidən Naxçıvan Avtomobil Zavodunda ehtiyat hissələrinin hazırlanmasında istifadə olunacağı bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Avtomobil Zavodu bəzi ehtiyat hissələrinin Azərbaycanda istehsal olunmasının nəzərdə tutulduğunu açıqlamışdı.