Sentyabrın 16-17-də Naxçıvanda MDB ölkələrinin sənaye təhlükəsizliyi ilə bağlı Dövlətlərarası Şuranın iclası keçiriləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, MDB İcra Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iştirakçılar əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcək və gələcək inkişafın prioritet məqsədlərini müəyyənləşdirəcəklər.