Yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 15 milyon 273 min manatlıqdan çox informasiya və rabitə xidmətləri göstərilib.
Oxu.Az AzərTAC-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.
Hesabat dövrü ərzində mobil rabitə xidmətlərinin həcmi 12 milyon 835 min manatlıqdan çox artaraq bir il əvvəlki göstəricini 1 faiz üstələyib.