Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun (ÜDM) həcmi artmaqda davam edir.
2014-cü ilin yanvar-may aylarında iqtisadi inkişafın əsas göstəricisi kimi 783 milyon 975 min manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2013-cü ilin yanvar-may ayları ilə müqayisədə 2,5% çoxdur.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-in sahə strukturunda ilk yeri sənaye sahəsi tutmaqdadır.
Muxtar respublika üzrə hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2013-cü ilin yanvar-may ayları ilə müqayisədə 2,3% artaraq 1797,3 manata (2291,6 ABŞ dolları) çatıb.