Azərbaycan Turizm Assosiasiyası ilə Ümumdünya Turizm Təşkilatı arasında öhdəlik müqaviləsi imzalanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, imzalanma mərasimi bu gün keçirilən Beynəlxalq Turizm və Səyahətlər Sərgisi zamanı baş tutub.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, Azərbaycan bu müqaviləni imzalamaqla “Turizm Davranışı Məcəlləsi”nə qoşulur.
Nazir qeyd edib ki, bununla da Azərbaycan turizm sənayesi Ümumdünya Turizm Təşkilatı qarşısında ölkəmizə gələn turist və qonaqların davranışının etik qaydalarını, ekoloji baxımından cəmiyyətin qanunların uyğun olaraq fəaliyyət göstərməsini təmin edəcək.
“Bu o deməkdir ki, bu gündən etibarən xaricə turist göndərən şirkət onlara davranış qaydalarından müəyyən etik normalara kimi bir sıra məsələlərdə xüsusi məlumat verməlidir. Bununla da Azərbaycan xaricə səfər edən turistlərimizin beynəlxalq səviyyədə hərəkətlərinə, davranışlarına riayət etməsi ilə bağlı məsuliyyət daşıyır.
Nazir bildirib ki, biz ümid edir ki, azərbaycanlı turistlər bu bəyannaməni nəzərə alaraq etik qaydalara, davranış normalarına riayət edirlər.
Qeyd edək ki, sənəd Ümumdünya Turizm Təşkilatının baş direktoru Taleb Rifahi və Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov arasında imzalanıb.