"Bakıda üç il ərzində 900-a yaxın yeni avtobus istifadəyə verilərək, sayı 1700-dən 2600-ə çatdırılıb. Eyni zamanda, bu yeni nəqliyyat vasitələrinin hər biri ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsidir".
Oxu.Az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, növbəti illərdə bu keçidin tamamilə başa çatdırılması və əvvəlki dövrlərdən qalmış, artıq günün tələblərinə cavab verməyən dizel nəqliyyat vasitələrinin tamamilə dövriyyədən çıxarılması hədəf kimi müəyyən edilib:
"Bu ilin sonuna olan gözləntimiz ondan ibarətdir ki, dövriyyədə təxminən 500 belə avtobus qalacaq. Növbəti ildə isə onların da tamamilə yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur".