Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Nazir müavini: Enerji içkisinin aksiz vergisi bir manatdan çoxdur
Enerji içkilərin və elektron siqaretlərin vergiyə cəlb olunması məsələsi gündəmdədir.
Oxu.Az xəbər verir ki, bunu vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında deputatların enerji içkiləri, tütün məmulatları və alkoqollu içkilərin aksiz vergisinə cəlb edilməsi ilə bağlı suallarını cavablandırarkən deyib.
O, eyni zamanda vurğulayıb ki, alkoqollu içkilərə minimum qiymətin tətbiq olunması məsələsi də müzakirə olunmaqdadır:
“Əksər enerji içkiləri 1 manatdan satılır. Onun içərisində elə aksiz vergisi 1 manatdan çoxdur. Ona görə də bu məsələlər rəhbərlik tərəfindən daim diqqətdə saxlanılır”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Milli Məclis" teqi üzrə xəbərlər
- Deputat: "Meyitlərin yandırılması üçün xüsusi mərkəzlərin yaradılması gündəmdədir"
- Nigar Məmmədova: "Ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə dividendlər qazandırır"
- ABŞ və Ermənistan arasında imzalanacaq sənəd Tramp hakimiyyəti dövrünün arxivinə göndəriləcək?
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- Prezident müsahibəsində anti-Azərbaycan mövqeyində olanlara açıq mesajlar ünvanlayıb