Ölkə başçısının Nazirlər Kabinetinin son iclasındakı çıxışı və orada verilmiş tapşırıqlara uyğun olaraq,Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə, illik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxolmalarının və operativ nəzarət tədbirlərinin keçirilməsi (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu sözləri Vergilər nazirinin 1-ci müavini Natiq Əmirov bu gün keçirilən mətbuat konfransında bildirib.
Nazir müavini bu istiqamətdə tədbirlərin davam etdiyini vurğulayıb:
“Vergi ödəyicilərinə göstərilən xidmətlərin səmərliliyinin artırılması, kiçik və orta sahibkarlara göstərilən ünvanlı xidmətlərin genişləndirilməsi, regionlarda çalışan sahibkarlara vergi öhdəliklərinin yerinə yetirilməsində hüquqi, texniki və əməli göstərilməsi, partnyorluq münasibətlərinin dərinləşdirilməsi, keçirilmiş səyyar vergi yoxlamaları və operativ nəzarət tədbirlərinin nəticələri üzrə aktların təhlil edilməsi, əsassız və nəticəsi olmayan yoxlamalarla bağlı müvafiq araşdırmaların aparılması və bu sahədə nöqsanlara yol vermiş vergi orqanı əməkdaşlarını məsuliyyət baxılması üçün müvafiq tədbirlər görülür”.
Ülviyyə R. Əli
www.oxu.az