Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) təqribən 80 faizi özəl sektorun hesabına formalaşır ki, bu da hazırda müsbət nailiyyətdir.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev “Ticarətə hazır ol” layihəsinin açılış mərasimində deyib.
O qeyd edib ki, hələ bir neçə il əvvəl ölkə iqtisadiyyatı, əsasən, dövlət sektoru hesabına formalaşırdı: “Lakin aparılan islahatlar və özəl sektora göstərilən diqqət bu müsbət nəticələrin əldə olunmasına imkan verdi”.
L.Ə.