Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazirlik işlə təmin olunanların sayını açıqladı
Yanvar-sentyabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 61 791 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlardan 21 978-i qadınlardır.
Həssas qrupdan olan şəxslərin və gənclərin əmək bazarına çıxışının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Belə ki, işlə təmin edilənlərdən 14 989-u gənclər, 3676-sı məcburi köçkünlər, 1805-i isə əlilliyi olan şəxslər olub.
Sevinc Yasinqızı
Ən çox oxunanlar