Mətbuatda yayılan məlumatlara görə, ekspertlərin fikrincə, Novruz bayramı ərəfəsində meyvə-tərəvəzə qiymət artımı müşahidə ediləcək.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi təkzib edir.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Publika.Az saytına açıqlamasında qiymət artımının olmayacağını dedi:
“Nazirlik tərəfindən qiymətlərə tam nəzarət olunacaq. Xüsusən də bayram ərəfəsində. Eyni zamanda, bayramqabağı bizim tədbirlər planımız da olacaq, yarmarkalar da təşkil edəcəyik”.
M.Hacıyevin sözlərinə görə, tərəvəzlərin qiymətində bu il enmə müşahidə olunur:
“Keçən illə müqayisədə qiymətlər aşağıdır. Hətta martın axırlarında faraş kartofu çıxacaq. Bundan sonra kartofun da qiyməti əvvəlki qiymətinə qayıdacaq. Bundan da əlavə kənd təsərrüfatı məhsullarının paytaxta gətirilməsinə də yardımçı olacağıq ki, qiymətlər qalxmasın, məhsullar bol olsun”.