Dünya birjalarında neft bahalaşıb.
Oxu.Az xəbər verir ki, bu gün səhər saatlarına WTI neftinin qiyməti 1 barelə görə 0,64 dollar və ya 1,08% artaraq 59,84 dollar təşkil edib.
Brent markalı neftin 1 barelinin dəyəri isə 0,56 dollar və ya 0,89% bahalaşaraq 63,35 dollar olub.