Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0.28 dollar bahalaşaraq 1 barelə görə 55.39 dollar təşkil edib.
Oxu.Az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.24 dollar artaraq 59.91 dollar olub.