ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,26 dollar və ya 0,56% bahalaşaraq 46,63 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,59 dollar və ya 1,32% bahalaşaraq 44,59 dollar təşkil edib.
E.Ə.
www.oxu.az