ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,09 dollar artaraq 48,26 dollar olub.
Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrın 21-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,14 dollar artaraq 45,05 dollar təşkil edib.