Neft kəskin ucuzlaşmadan sonra yenidən bahalaşır.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,20 dollar və ya 0,55% bahalaşaraq 36,55 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrın 22-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,31 dollar və ya 0,87% artaraq 36,12 dollar təşkil edib.
09:00
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,53 dollar və ya 1,46% ucuzlaşaraq 36,35 dollar olub.
Oxu.Az oil-price.net-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrın 21-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,03% azalaraq 34,74 dollar təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az