Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,52% azalaraq 40,2 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,19% ucuzlaşaraq 37,45 dollar təşkil edib.