“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2151 nömrəli quyu qazmadan sonra istismara verilib.
Dövlət Neft Şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 1656-1645 metr intervaldan sutkalıq 20 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə qazılıb.