Brent markalı neftin qiyməti yenidən 50 dollardan aşağı düşüb.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,65 dollar və ya 1,37% ucuzlaşaraq 46,93 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,58 dollar və ya 1,31% azalaraq 43,57 dollar təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az