ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,05 dollar və ya 2,80% ucuzlaşaraq 36,74 dollar olub.
Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrın 28-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,27 dollar və ya 3,40% ucuzlaşaraq 36,60 dollar təşkil edib.